Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Göyçayın kanalizasiya sistemi yenidən qurulur

Yenidənqurma işləri 2 mərhələdə həyata keçirilir

Göyçay şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. “ Azərsu” ASC-nin Mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu layihə üzrə işlər Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində 2 mərhələdə həyata keçirilir.

İcrasına 2008-ci ildə başlanmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində texniki və təşkilati işlər həyata keçirilib. Bu mərhələdə Göyçay şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılmış, sugötürücü kamera daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı, xlorator və laboratoriya binası, nasos stansiyası tikilib. Eyni zamanda “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) üçün yeni inzibati bina və istehsalat bazası inşa edilmiş, zəruri maşın və mexanizmlər alınıb. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılıb.

Cari ilin sentyabr ayından “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsinə başlanılıb. Layihəyə uyğun olaraq Göyçay şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq, sugötürücü qurğuların tikintisi başa çatdırılacaq. Şəhərin içməli su şəbəkəsinin yenidən qurulması məqsədi ilə 54,3 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkilməlidir.

Qeyd edək ki, birinci mərhələdə Göyçay şəhərində uzunluğu 24 kilometr paylayıcı su xətti çəkilmişdir. Sentyabr ayında başlanan ikinci mərhələdə isə 4827 metr uzunluğunda su xətti çəkilərək bu göstərici 29 kilometrə çatdırılmışdır və bu sahədə işlərin 53 faizi yerinə yetirilmişdir. Hazırda obyektlərin su şəbəkəsinə qoşulma işləri aparılır və ikinci mərhələdə layihə üzrə 3975 ünvanın 553-də qoşulma işləri başa çatdırılmışdır.

İkinci mərhələ çərçivəsində işlər başlanandan Göyçay şəhərində 4200 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Bununla da 49,1 km olan kanalizasiya xətlərinin tikilən hissəsi 27 kilometrə çatdırılaraq işlərin 55 faizi yerinə yetirilmişdir. Hazırda kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı ünvanların kanalizasiya şəbəkəsinə qoşulması aparılır və 2340 ünvanın 700-də bu işlər yekunlaşıb.

Göyçay şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq. Şəhərdə toplanmış məişət-tullantı sularının təmizlənməsi üçün çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq Göyçay şəhərinin küçələrində 312 yanğın hidrantı da quraşdırılacaq.

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası nəticəsində 38 minə qədər şəhər sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qeyd edək ki, layihə üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədi ilə Asiya İnkişaf Bankının şəhər təsərrüfatı şöbəsinin baş mütəxəssisi Vijay Padmanabhan başçılıq etdiyi nümayəndə heyəti Göyçay rayonunda olmuşdur. İşlərin gedişindən razı qalan Vijay Padmanabhan bu layihə çərçivəsində Göyçay şəhəri ilə yanaşı Ağdaş, Beyləqan, Balakən və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulacağını bildirib.






18 Oktyabr, 2012  00:40 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner