Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCANLI ALİMLƏRDƏN ŞOK YENİLİK

Mobil telefon xəstəlik ölçən cihaz rolunu da oynayacaq 

Azərbaycan alimləri mobil telefon funksiyalarına yeniliklər gətirir. Belə ki, artıq gələn ilin ortalarında ölkəmizdə ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər. Bu barədə mətbuata Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.
O deyib ki, artıq ürək-damar sistemi xəstəliklərinin yaranmasının gizli dövrünün monitorinqi texnologiyası hazırlanıb: «Hazırda mobil telefonun şəkil, video çəkmək, SMS göndərmək, televizora baxmaq və s. kimi bir çox funksiyaları var. Telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq.
Bunun üçün telefona xüsusi proqram yazılacaq. Bu proqram artıq institutda hazırdır. Proqramın siqnalı gələn kimi, o işləməyə başlayacaq. Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika var, ya yox. Telefon deyəcək ki, artıq sənin vəziyyətin dəyişdi, sən həkimə müraciət etməlisən”.
T.Əliyev bildirib ki, bu monitorinqlərin radiokanal vasitəsilə həyata keçirilməsini istəyirlər. Çünki bu halda xəstə qolundakı vericidən mobil telefonuna informasiya verilməsini hiss etməyəcək. Ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylərin yarandığını söyləyən T.Əliyevin sözlərinə görə, həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkün olur: «Bu xəstəliklərin monitorinqinin aparılması çox vacibdir. Həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu qoyurlar.
Lakin ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yaranır. Həkimlər isə 2-3 ildən sonra diaqnoz qoyurlar ki, bu insanda ürək-damar xəstəliyi var. Buna görə də bu xəstəliklərin gizli dövrünün aşkarlanması problemdir. Diaqnoz qoymaq həkimlərin işidir. Biz monitorinq edəcəyik. Cihaz da göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur”.

İctnews.az






17 Oktyabr, 2012  19:31 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner