Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Başqanın müşaviri Rauf Arifoğlunu ittiham etdi

“İctimai Palatadan getməyimə səbəb “Yeni Müsavat” qəzetindəki böhtanlar, dezinformasiyalardı”

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov İctimai Palatadan (İP) istefa verib. O, “Facebook”dakı səhifəsində istefasının səbəblərini izah edib.

“Bu addımımın səbəbi İP-nın tutduğu mövqe, apardığı mübarizə və bəyan etdiyi hədəflərlə bağlı deyil. Uzun tərəddüdlə və böyük təəssüflə atdığım addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır” – deyə, Y.Sadıqov bildirib.

Onun sözlərinə görə, demokratik hərəkat tarixində dəyərli yeri olan “Yeni Müsavat” qəzeti ölkədə siyasi hərarətin yüksəldiyi dövrlərdə siyasi və kadr islahatları, müxalifətlə dialoqlar haqqında yalan yazılar yazır: “Emin Milli-Adnan Hacızadə məsələsindəki məlum mövqe, Quba hadisələrinin “iğtişaş” adlandırılması və s. çoxlu faktlar buna sübutdur. Son günlər isə Gülər Əhmədova olayının klan davası kimi qələmə verilərək cəmiyyətdə doğan hiddətin boğulmasına cəhd xüsusilə diqqət çəkəndir. Nəhayət, müxalifətin hakimiyyətlə 2013-2015 sövdələşməsi haqqında informasiyanı mənsub olduğum Müsavat Partiyasına qarşı iyrənc bir böhtan kimi dəyərləndirirəm”.

Başqan müşaviri bildirir ki, Müsavat Partiyası heç zaman suveren hüququ alver, sövdələşmə predmetinə çevirməyib və çevirməyəcək də: “Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim. Xüsusilə vurğulamaq istəyirəm ki, bu addım mənim siyasi baxışlarımın və mövqeyimin dəyişilməsi kimi ehtiva olunmamalıdır. Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm”.

Başqan müşaviri hesab edir ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir.






17 Oktyabr, 2012  18:51 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner