Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bal yarmarkası başladı

Bu gün saat 12:00-da Bakıda arıçılıq məhsullarının respublika-satış yarmarkası açılıb

Simsar.az Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kino-teatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında təşkil edilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası noyabrın 5-dək davam edəcək.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən müəyyənləşdirilib və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunublar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edir. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılıb. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb, keyfiyyətsiz məhsullar satışa buraxılmayıb. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılır.

Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcəkdir, elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi bakılıları və sumqayıtlıları Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına dəvət edir.






17 Oktyabr, 2012  17:32 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner