Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Saleh Bağırov Azərbaycandan getdi

İctimai TV-nin əsas simalarından olan Saleh Bağırov Azərbaycanı və çalışdığı telekanalı tərk edib. Bu barədə aparıcı “Facebook” səhifəsində qeyd eib.  

S.Bağırovun qeydlərini olduğu kimi təqdim edirik.

“Xanımlar və cənablar! Əziz dostlar!

Ən əsası isə çox dəyərli tamaşaçılarım!!!))

Yəqin hiss etmisiniz ki, heç vaxt uzun-uzadı status yerləşdirməyi və vaxt almağı sevmirəm!!! İlk dəfə olaraq bir qədər geniş status yerləşdirəcəm və vaxtınızı alacağıma görə bəri başdan sorry!!!))

Efirdə işlədiyim 12 il ərzində (bunların 5-i radio, 7-i isə TV) Allaha çox şükürlər ki, harada olmuşamsa, sizdən ancaq gözəl münasibət, sevgi və hörmət görmüşəm! Bu, hər aparıcıya nəsib olan xoşbəxtlik deyil və buna görə də özümü ayrıca bəxtəvər insan hesab edirəm!!! Çox sağ olun!))

Yəqin ki, bu münasibətinizi qazanmağımda 3 hədəf əsas rol oynayır! Peşəmə dəlicəsinə bağlılığım və sevgim, dayanmadan üzərimdə calişmağım və tamaşaçılarıma böyük hörmətlə yanaşmağım!! Təşəkkür sizə, bir daha!!!))

Adətən efirlərimlə, çıxışlarımla, apardığım tədbirlərlə, bir sözlə, fəaliyyətimlə bağlı sizinlə statuslarımda bölüşürəm! Yenə də daha bir xəbəri sizinlə paylaşmaq qərarına gəldim!!! Əsasən də ona görə ki, sonradan cürbəcür sözlər eşitsəniz çaşqın qalmayasınız və düzgün informasiyanı məndən eşidəsiniz!!!)))

Artıq neçə illərdir ki, İTV və TRT-Avaz arasındakı sıx əməkdaşlıq gözünüz önündədir! Bu əməkdaşlığın bariz nümunəsi “Yeni gün” proqramımdakı ortaq yayımlar, telekörpülərdir ki, məncə, bu verilişlərin hər bir buraxılışı böyük Türk dünyasına əvəzsiz xidmət və töhfədir!! Çox şadam ki, belə bir beynəlxalq əhəmiyyətli layihələrin, telekörpülərin aparıcısı Azərbaycan tərəfdən məhz mən olmuşam!!!

Məhz bu əməkdaşlıq çərçivəsində mən Saleh Bağırov bir neçə gündən sonra 3 ay müddətinə Azərbaycanı tərk edirəm və efir həyatımı, çalışmalarımı qardaş Türkiyənin TRT-Avaz telekanalında davam etdirəcəm!!!

3 aydan sonra fəaliyyətimin Azərbaycanda, ya Türkiyədə davam edəcəyi barədə heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək!!! Özümə və mənə hörmətlə yanaşan hər birinizə bir daha təşəkkür edib, uğurlar diləyirəm!!!)) Çox sağ olun ki, varsınız!!!))

Bəlkə şablon və ya qeyri-səmimi səslənər, amma növbəti cümləm faktdır...

Tamaşaçılarıma hər zaman böyük hörmət və ehtiramla yanaşan SALEH BAĞIROV!!!))”.






17 Oktyabr, 2012  13:46 Baxılıb: 1478 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner