Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Lotereya biletlərini SMS-lə əldə etmək mümkün olacaq

.

“Azərlotereya” ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu barədə Simsar.az-a İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Məlumata görə, lotereya biletlərinin internet vasitəsilə satışının təşkilinə dair işlərin əksər hissəsi başa çatıb və lotereya həvəskarları bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə edə biləcəklər. Lotereya biletlərinin on-layn satışı lotereya həvəskarlarına internet vasitəsilə istənilən yerdən biletləri əldə etməyə imkan yaradacaq.

Hazırda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır.

Paytaxtda lotereya biletlərinin elektron satışının genişləndirilməsi və lotereya həvəskarlarının tələbatının tam ödənilməsi məqsədilə lotereya biletlərinin elektron satış terminallarının sayının artırılması da nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə həmçinin, KİV-lə əməkdaşlıq da uğurla davam etdirilir. Bu ilin sentyabr ayından yeni “Klassik Loto” oyununa başlanılmışdır. Beləliklə, artıq lotereya oyunları canlı olaraq həftədə 6 gün olmaqla ölkənin iki televiziya kanalında - “AzTV” (“Binqo”, “Uğur”) və “Space”də (“5/36”, “6/40” və “Klassik Loto”) yayımlanır.






16 Oktyabr, 2012  20:38 Baxılıb: 1311 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner