Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şairlərimiz cəbhə bölgəsinə niyə getmir?

Deputat: “Şairlərimizin cəbhə bölgəsinə getməsini eşitməmişəm”

Bu gün Milli Məclisdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ müzakirə olunub.

Millət vəkili Sabir Rüstəmxanlı millət vəkillərini, ziyalıları cəbhədə əsgərlərlə ünsiyyətdə olmağa çağırıb: “Sanki əsgərlərimiz cəbhədə unudulub. Mən cəbhə bölgəsində oldum, bir saat komandiri tapa bilmədim. Milli Məclisdə komissiya yaradıb, cəbhə bölgəsinə göndərmək lazımdır. Rəsmi səviyyədə orduya diqqət var, ictimaiyyətin də orduya diqqəti artmalıdır”.

Millət vəkili Aydın Mirzəzadə isə Sabir Rüstəmxanlının iradları ilə razılaşmayıb: “Əgər hərbi hissəyə gələn qonaq əvvəlcədən məlumat verməyibsə, necə olmalıdır? Ordu haqqında belə təəssürat yaratmaq düzgün deyil. Necə yəni komandiri tapa bilmədim?”

Vitse-spiker Ziyafət Əsgərov da Sabir Rüstəmxanlı ilə razılaşmayıb: “Sabir müəllim, siz şairsiniz, Yazıçılar Birliyi qarşısında məsələ qaldırmısınız ki, yazıçılar cəbhəyə getsinlər? Mən çox istərdim ki, yazıçılarımız, sənət adamlarımız, şairlərimiz cəbhəyə getsinlər. Sənət adamları gedir, ancaq mən tanınmış şairlərimizin cəbhə bölgəsinə getməsini eşitməmişəm. Gərək bunu da siz edəsiniz, parlament yox”.






16 Oktyabr, 2012  17:50 Baxılıb: 828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner