Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Kənan İmirzalıoğlu ilə qala gecəsində - FOTO

Millət vəkili Qənirə Paşayeva Tükiyənin məhşur film prodüsseri, rejissoru və ssenaristi Osman Sınav və xanımı Tangül Sınavın dəvəti ilə Osman Sınavın çəkdiyi “Uzun Hekayə” filminin qala gecəsində iştirak edib

Simsar.az-ın məlumatına görə, deputat facebook səhifəsində keçirilən tədbirlə bağlı şəkillər və fikirlərini paylaşıb. Filmə baxışdan sonra Qənirə Paşayeva Osman Sınavı, baş rol oyunçuları Kənan İmirzalıoğlunu, Tuğce Kazazı və digərlərini təbrik edərək filmin ona böyük təsir etdiyini deyib.

Filmin mövzusunun maraqlı və aktual olduğunu deyən millət vəkili yüksək səviyyədə çəkilən və oyunçuların gözəl oyunları ilə daha da təsirli alınan filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına inandığını deyib.

"Bu “Uzun Hekayə”də hər kəs öz həyatından bir parça görə biləcək" deyən millət vəkili Qənirə Paşayeva onlara uğurlar diləyib. Filmin rejissoru və iştirakçıları Qənirə Paşayevaya təşəkkür ediblər. "Türkiyə kimi Azərbaycan da sizin vətəninizdir" deyən millət vəkili Qənirə Paşayeva onları Azərbaycana dəvət edib.

Onlar da Azərbaycanı sevdiklərini deyərək dəvət təklifini məmuniyyətlə qəbul ediblər.






12 Oktyabr, 2012  18:12 Baxılıb: 1395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner