Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN TARİXİNİN ƏN FACİƏLİ GÜNÜ

Musa Qasımlı: “Müqavilə Azərbaycanın sonrakı həyatında ağır iz buraxdı”

Bu gün "Gülüstan" müqaviləsinin bağlanılmasından 199 il ötür. 1813-ci ilin oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürülüb.

Bu üzdən 2 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gün kimi qəbul olunur.

Millət vəkili, tarixçi alim Musa Qasımlı Simsar.az-a açıqlamasında bildirib ki,199 il öncə bağlanılmış müqavilə Azərbaycanın sonrakı həyatında ağır iz buraxıb.
Şimali Azərbaycanda millətləşmə prosesi sürətlə inkişaf etsə də, Cənubda bu bir qədər ləng oldu: “Şimalda Rusiya mədəniyyəti vasitəsilə Avropaya çıxa bildik. Çar imperatorluğu xalqlara bir sıra imtiyazlar verdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimalda etirazlar baş qaldırdı. Burada elm-təhsilə üstünlük verildi, ziyalı təbəqəsi yetişdi. Aparılan maarifçilik işləri, milli mübarizə 1918-ci ildə Demokratik Azərbaycan Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu müsəlman şərqində ilk demokratik cümhuriyyət idi”.

M.Qasımlıya görə, Cənubi Azərbaycan İrana ilhaq ediləndən sonra burada hər kəsi iranlı adlandırıblar: “Cənubda yaşayan azərbaycanlılar İranı öz vətənləri sayırlar. Doğrudur, ötən əsrin əvvəllərində Təbrizdə milli-azadlıq hərəkatı uğrunda üsyanlar, aksiyalar olub. Şah rejimi tərəfindən etirazlar yatırılıb. Təbriz İranda inqilabın beşiyi sayılır. İranı daim türklər idarə edib. Bu ölkənin adını da elə türklər qoyub. Ötən əsrin 20-ci illərində Pəhləvilər hakimiyyətə gələndən sonra azərbaycanlıların hakimiyyətinə son qoyuldu”.

M.Qasımlı hesab edir ki, İranda yaşayan azərbaycanlıların hümanitar hüquqları tanınmalıdır: “Onların ana dilində təhsil almalarına imkan verilməlidir. Ana dilində mədəniyyət ocaqları fəaliyyət göstərməlidir, televiziya və radiolar olmalıdır”.


Qeyd edək ki, müqavilənin bağlanılmasında tərcüməçi kimi iştirak etmiş Abbasqulu Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir:

"Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".

Gülüstan müqaviləsinə görə, İrəvan və Naxçıvan xanlıqları İrana verilib. Gülüstan və Türkmənçay müqavilələlərinin heç birində Azərbaycanın adı çəkilməyib.

1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi 410 min kv. km olub. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Güney Azərbaycanın sahəsi 280 min kv. km, Rusiya əsarəti altındakı Şimali Azərbaycanın sahəsi 130 min kv. km, 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı - 9 min kv. km, Rusiya əsarəti altındakı Dərbənd xanlığı - 7 min kv. km, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi - 114 min kv. km, 1920-ci ildə ADR-i işğal edən Rus Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan Sovet Sosialist Respublikasına verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstan Sovet Sosialist Respublikasına verilən Borçalının birlikdə sahəsi - 27,4 min kv. km, 1920-1991-ci illərdə SSRİ əsarətində qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi - 86,6 min kv. km, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri - 13.210 kv. km, Dağlıq Qarabağın (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal tarixi: 1988-1994, sahəsi 4400 kv km, Laçın - 1835 kv. km, Kəlbəcər - 1936 kv.km, Ağdam - 1094 kv.km, Cəbrayıl - 1054 kv. km, Füzuli - 1386 kv.km, Qubadlı - 802 kv.km, Zəngilan - 707 kv. km. "Gülüstan" sülhündən sonra 198 il ərzində Azərbaycan 80 faiz ərazisini itirib.






12 Oktyabr, 2012  13:17 Baxılıb: 1324 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner