Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gülər Əhmədova prezidentə müraciət etdi

.

Sabiq millət vəkili Gülər Əhmədova son günlər partiyadaşlarının onun barəsində söylədiyi fikirlərə münasibət bildirib.

Simsar.az xəbər verir ki, Gülər Əhmədova bu barədə Facebook hesabında açıqlama yayıb. Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədi ilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim.

Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər ve iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı. Bununla həmin insanlar istintaqın gedişinə mane olur, onu yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirlər yağdıran insanlar çox peşman olacaqlar.

Sonda cənab prezidentə müraciət edirəm ki, sizinlə nəzarətinizdə olan istintaq prosesi bitməmiş, sizin sədri olduğunuz partiyanın üzvləri barəmdə təhqir dolu açıqlamalar səsləndirir, məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı sizdən rica edirəm”.






12 Oktyabr, 2012  00:02 Baxılıb: 1374 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner