Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Büdcədə 1 446 milyard manat profisit yaranıb

Dövlət büdcəsinin mədaxili 12521,0 milyon manat, xərcləri 11074,3 milyon manat olub

Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12521,0 milyon manat, xərcləri 11074,3 milyon manat olub, 1446,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 103,1 faiz icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz və ya 3542,1 milyon manat çox olub. Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 108,1 faiz, yəni büdcəyə 4554,5 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 491,3 milyon manat və ya 12,1 faiz çox vəsait təmin edib.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 880,8 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz və ya 38,1 milyon manat çoxdur. Dövlət Neft Fondundan büdcəyə 7038,4 milyon manat vəsait daxil olub. Sair daxilolmalar üzrə büdcəyə 47,3 milyon manat vəsait təmin edilib.

Bu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 90,1 faiz icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 2339,5 milyon manat və ya 26,8 faiz çox icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayı ərzində dövlət büdcəsi xərclərinin 30,4 faizi və ya 3367,4 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 327,2 milyon manat və ya 10,8 faiz çox olub.

Funksional təsnifata uyğun olaraq 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2012-ci ilin doqquz ayında müdafiə xərclərinə 35,4 faiz (208,6 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 30,6 faiz (47,8 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 28,9 faiz (30,7 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,7 faiz (130,6 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 27,6 faiz (34,9 milyon manat), nəqliyyat və rabitə xərclərinə 22,5 faiz (8,9 milyon manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 19,1 faiz (611,5 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə 18,5 faiz (206,0 milyon manat), səhiyyə xərclərinə 17,1 faiz (55,4 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 14,7 faiz (46,2 milyon manat), ümumi dövlət xidmətləri xərclərinə 6,4 faiz (38,8 milyon manat), təhsil xərclərinə 1,5 faiz (12,7 milyon manat) çox vəsait yönəldilib.

Bu ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 3806,8 milyon manat vəsait yönəldilib. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 825,5 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturlarının tikintisinə, yenidənqurulmasına 2305,6 milyon manat vəsait yönəldilib.

Bu ilin doqquz ayında icmal büdcənin gəlirləri 16280,4 milyon manat, xərcləri isə 12643,8 mln. manat icra edilib.






12 Oktyabr, 2012  03:19 Baxılıb: 1096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner