Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

410 kq-a yaxın yararsız ərzaq məhsulları aşkar edilib

/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Bakının Yasamal rayonunda
-Haqverdiyev küçəsi, ev 7, mənzil 31 ünvanında yerləşən “Elçin market”də;
-Z.Xəlilov küçəsində “Əriməz market”də və “Megacity market”də;
-C.Cabbarlı küçəsində Zaur Rəşidova məxsus mağazada və “Mobil market”də;
-Ə.Ələkbərov küçəsi, 1056 ünvanında Dilarə Qədirovaya məxsus mağazada;
Xətai rayonunda
-S.Vəzirov küçəsi, E22 ünvanında yerləşən “Metro market”də;
-Ə.Axundov küçəsi, ev 10 ünvanındakı “Sirab market”də;
-Babək prospekti, 23/45-ci məhəllədə yerləşən “Məhəllə market”də;
-H.Salmani küçəsindəki “Orange market”də və “Günel market”də;
-Əhmədli qəsəbəsində Arif Məmmədova məxsus mağazada;
Sabunçu rayonunda
-Sabunçu qəsəbəsində Kamran Abdullayevə, Yelena Qurbanovaya məxsus mağazalarda və “Anar market”də;
-Ramana qəsəbəsi, Daş karxanası ünvanındakı “Qardaşlar market”də;
-Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, 1/1 ünvanında yerləşən “İnam market”də”
Abşeron rayonunda
- Mehdiabad qəsəbəsi, Digah yolunda Razim İsgəndərova məxsus mağazada;
- Saray qəsəbəsi, Ş.Qurbanov küçəsində Elman Əmrahova məxsus mağazada;
Xırdalan şəhərində
-Gənclər şəhərciyində “Qaraj Market” MMC-yə məxsus mağazada
Ağdam rayonunda
-Qaradağlı kəndində Ətrə Məmmədovaya məxsus mağazada;
Samux rayonunda
-Qarayeri qəsəbəsində Cəfər Mustafayevə və Vüqar Quliyevə məxsus mağazalarda;
Yevlax şəhərində
- H.Əliyev prospektində Kamil Həşimova və Nemət Talıbova məxsus mağazalarda;
Qusar rayonunda
- M.Fizuli küçəsində yerləşən “Pətək market”də;
Ümumilikdə, monitorinqlər zamanı 410 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.










11 Oktyabr, 2012  21:49 Baxılıb: 1058 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner