Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bir veriliş üçün 500 min dollar saydılar

/

“Discovery Channel” kanalı bir sərnişin təyyarəsinin yerə çaxılması anında nələrin yaşandığını göstərmək məqsədilə təhlükəli bir təcrübə keçirib. Simsar.az-ın məlumatına görə, təyyarənin qəzaya düşməsi vaxtı baş verənlər həmin an sərnişinlərin gözü ilə göstərilib. Təcrübə üçün bir “Boeing 727” sərnişin təyyarəsi qəzaya uğradılıb. Təyyarənin yerə çaxıldığı anda sərnişinlərin hansı təhlükələrlə qarşılaşdığı və həyatda qalmaq üçün nə etmələri lazım olduğu araşdırılıb.
Təyyarənin yerə çaxılması həm içəridəki, həm də xaricdəki kameralar tərəfindən qeydə alınıb.
Təyyarə üçün 500 min dollar xüsusi bir TV istehsal şirkəti olan Dragonfly, İngiltərənin Channel 4 TV kanalı və Discovery Channel tərəfindən birgə ödənilib. Laguna Salada səhrasında qəsdən qəzaya uğradılan təyyarə televiziyanın “ilk gerçək fəlakət kinosu” olaraq tarixə keçib.
Təyyarənin pilotları təyyarə hələ havada olanda paraşütlə tullanıb. Təyyarəyə nəzarət digər təyyarədəki pilotlara təhvil verilib. Təyyarənin çaxılması da uzaqdan idarəetmə ilə həyata keçirilib.


İlknur Salamova






11 Oktyabr, 2012  21:43 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner