Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dönər standartı qəbul olunub

.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli Əmri ilə “AZS 744-2012” “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib.

Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər. Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.

Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. Məsələn, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır. Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 650C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.

Standartda dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Personal “QOST 30524” tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.






11 Oktyabr, 2012  20:49 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner