Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gülər Əhmədovanın oğlu məcburi məhkəməyə gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə iş adamı Aydın Heydərovun sürücüsü işləmiş Əlirza Allahverdiyev şahid qismində ifadə verib. O, A.Heydərovun ona verdiyi iki yüz dolları Həsən Əliyev küçəsində bir nəfərə verdiyini deyib: “Həmin hadisənin üstündən çox vaxt keçdiyi üçün yaxşı xatırlamıram. Lakin bilirəm ki, qəzet redaktoru idi və Aydın Heydərov haqqında qəzetində biədəb yazılar yazırdı”.

Əvəz Zeynallı isə bildirib ki, həmin adamı birinci dəfədir, görür: “Mən ömrümdə bu adamı görməmişəm. Əlirza Allahverdiyev də pul verdiyi adamı düz-əməlli xatırlamır”.

Daha sonra Əvəz Zeynallı digər şahidlərin hansı səbəbdən məhkəməyə gəlmədiyinə aydınlıq gətirilməsini istəyib. Hakim bildirib ki, Aydın Heydərov ötən proses ifadə verib: “Aydın Heydərov ötən proses ifadə verdi. Lakin yarımçıq qalıb. İndi də xəstəxanada olduğu üçün məhkəməyə gələ bilmir. Digər şahidlərdən Tənzilə Rüstəmxanlıya məhkəməyə gəlməsi üçün çağırış vərəqəsi göndərilib, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və digər şahid Vüqar Məmmədovun barəsində isə məhkəməyə məcburi gətirilməsi üçün qərar qəbul olunub. Çünki həmin şəxsləri dəfələrlə məhkəməyə çağırmışıq gəlməyiblər. Məcburi şəkildə gətirilmələri üçün polis idarəsinə müraciət etmişik”.

Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

/APA/






11 Oktyabr, 2012  20:32 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner