Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elşad Abdullayev Çingiz Qənizadənin yalan danışdığını deyib

“Çingiz Qənizadə özü mənimlə görüşmək istəyib”

ABU-nun sabiq rektoru, məşhur video qalmaqalının müəllifi Elşad Abdullayev oktyabrın 10-da Strasburqda “İnsan haqları uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşüb. Fətullayev Strasburqa I Ümumdünya Demokratiya Forumunda iştirak etmək üçün gedib.
Görüş E.Abdullayevin təşəbbüsü və istəyi ilə olub. O, E.Fətullayevdən qardaşı Mahir Abdullayevin oğurlanması faktı üzrə şikayətinin Avropa Məhkəməsinə çıxarılması və prioritet qaydada baxılması məsələsində yardım istəyib. Bu görüş barədə danışan E.Fətullayev bildirib ki, Elşad Abdullayev ona deputat və hüquq müdafiəçisi Çingiz Qənizadə ilə bu yaxınlarda Strasburqdakı görüşü barədə məlumat verib. E.Abdullayev Çingiz Qənizadənin “Elşad Abdullayev özü mənimlə görüşmək istəyirdi, görüşmək təşəbbüsü ondan gəldi” sözlərinə etirazını bildirib, bunun yalan olduğunu deyib.

E.Fətullayev daha sonra bildirib: “Elşad Abdullayev mənə dedi ki, əslində əksinə olub, yəni Çingiz Qənizadə özü mənimlə görüşmək üçün israrla xahişlər edib. Elşad Abdullayev indi çox peşmandır və Çingiz Qənizadə ilə görüşməyə razılıq verdiyi üçün özünü danlayır. Çünki Elşad Abdullayev mənə dedi ki, Çingiz Qənizadə ilə ayrılandan dərhal sonra naməlum adamlar tərəfindən izləndiyini görüb. Elşad Abdullayev bu barədə dərhal Fransa xüsusi xidmət orqanlarına məlumat verdiyini dedi. Onun sözlərinə görə, Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları da izlənmə faktını təsbit və təsdiq edərək Elşad Abdullayevə Strasburqu dərhal tərk etməyi məsləhət görüblər. Elşad Abdullayev bu insidentlə bağlı bir hüquq müdafiəçisi olaraq mənə yazılı şəkildə müraciət etdi. Məndən xahiş etdi, dedi ki, deputat Çingiz Qənizadə tərəfindən ona qarşı təşkil olunmuş bu təxribat xəbərini Azərbaycan cəmiyyətinin diqqətinə çatdırım. Mən də onun xahişinə əməl elədim”.






11 Oktyabr, 2012  20:22 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner