Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva ABŞ-da Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında – FOTOLAR

"Hyustonda yüksək səviyyəli Azərbaycan Mədəniyyət Mərkəzinin açılması böyük hadisədir."

 


Millət vəkili Qənirə Paşayeva Hyustonda (ABŞ) Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib və mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb.

Simsar.az xəbər verir ki, Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını önəmli hadisə adlandıran millət vəkili Amerikanin ən böyük şəhərlərindən biri olan Hyustonda belə bir mərkəzin açılmasının böyük əhəmiyyət daşıdığını deyib. Hyustonun mərkəzində belə yüksək səviyyəli mərkəzin açılması ilə burada Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yarandığını deyən xanım Paşayeva bu işə dəstək verən hər kəsə təşəkkür edib. Hyustonda yüzlərlə azərbaycanlının yaşadığını deyən millət vəkili bu cur mərkəzlərin həm də Amerika və Azərbaycan arasında, xaqlarımız arasında körpü rolu oynayacağını da bildirib.

Açılış mərasimizdə konqresmenlər, senatorlar, yüksək səviyyəli qonaqların iştirakı və çıxış etmələrinə toxunan millət vəkili Qənirə Paşayeva Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdiyini və daha da surətlə inkişaf etməsi üçün səylərin daha da artmasının vacibliyini vurğulayıb. Bu cür məkrəzlərin önəmli rol oynaya biləcəyini deyib.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleynamov, konqresmen və senatorlar, Türkiyənin və Yunanıstanın Hyustondakı baş konsulları çıxışlarında mərkəzin əhəmiyyətindən, ABŞ-Azərbaycan münasibətlərindən danışıb və mərkəzə uğurlar arzulayıblar. Mərkəzin rəhbəri “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova isə bundan sonra Amerikada Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin daha geniş təbliği və Azərbaycan-Amerika əlaqələrinin inkişafı üçün daha səylə çalışacaqlarını bildirib və bu işə dəstək göstərən hər kəsə təşəkkür edib.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov, Amerika ictimaiyyətinin nümayəndələri, Amerikadakı diasporumuzun təmsilçilər də iştirak ediblər. Azərbaycanın mədəniyyət işçiləri, sənətçilər konsert proqramı ilə çıxış ediblər.

Millət vəkili Qənirə Paşayeva mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüş zamanı isə bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türkəsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

İradə Axundova bu istiqamətdə səyləri daha da artıracaqlarını deyib.










11 Oktyabr, 2012  20:14 Baxılıb: 1444 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner