Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan-Özbəkistan Biznes Forumu keçirilib

.

Ölkəmizdə səfərdə olan Özbəkistan baş nazirinin müavini Uluqbek Rozukulov iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Özbəkistan arasında təkmil qanunvericilik bazası yaradılıb və bu sahədə indiyədək 100-ə yaxın sənəd imzalanıb. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. İşgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayan nazir 2010-cu ilin noyabrında Özbəkistanda Azərbaycanın xarici ölkədə ilk Milli Sərgisinin, dekabr ayında isə Özbəkistanın ölkəmizdə Milli Sərgisinin keçirildiyini bildirib. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Özbəkistan Respublikasının baş nazirinin müavini Uluqbek Rozukulov ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tekstil, tikinti və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Özbəkistan Respublikasının Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin İdarə rəisi Mahmud Xacimetov isə iki ölkə arasındakı əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində Özbəkistanın bir sıra şirkətlərinin təqdimatları da keçirilib.

Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etdirilib.








11 Oktyabr, 2012  19:28 Baxılıb: 1201 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner