Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Mübariz Əhmədoğlu: “Serj Sarkisyan 3 ildir ki, səfir Kovalenkonu indi əsəbləşdirən siyasət aparıb”

.

Rusiyanın Ermənistandakı səfiri V.Kovalenko Ermənistana səfir təyin olunmamışdan qabaq Rusiyanın Gürcüstandakı səfiri vəzifəsini daşıyırdı və Gürcüstan tərəfdən 60-dan çox diplomatik nota qəbul etdi. Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

"Bu keyfiyyətinə görə onun adı "Ginnesin Rekordlar Kitabı"na salınmalıdır. Lakin Kovalenko Ermənistandakı səfirliyi dövründə sanki Gürcüstandakı aktivliyinin yorğunluğunu çıxarırdı. Yaxınlarda səfir birdən-birə aktivləşdi və hətta diplomata xas olmayan tərzdə səsini ucaltdı. Rəsmi Yerevanı antirusiya addımlarda, Qərbə meyillənməkdə ittiham etdi. Kovalenkonun Ermənistanda səfir olduğu 3 il ərzində Serj Sarkisyan elə indi səfir Kovalenkonu əsəbləşdirən siyasətini aparıb", - Əhmədoğlu əlavə edib.

Politoloqun sözlərinə görə, Sarkisyan Rusiyanın Ermənistandakı iqtisadi subyektlərinə dəfələrlə maneələr yaradıb, bu yolla həmin şirkətləri Ermənistan ərazisindən qovmağa cəhd edib.

"ArmRosQazProm" da daxil olmaqla bir sıra iri iqtisadi şirkətlərin səhmlərini almağa cəhd etdi. Dəmiryolunu Rusiyanın konsession idarəçiliyinə verə-verə Fransa ilə analoji məzmunda müqavilə bağladı. AES ilə bağlı rəsmi Yerevanın mövqeyini Bakıda küləyin istiqamətinin dəyişməsi ilə müqayisə etmək olar. Səfir Kovalenkonun dövründə Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədləri açmaq haqqında protokolları imzalayıb ratifikasiya üçün parlamentə təqdim etdi. İndi də həmin protokolları parlamentdən geri çağırmır. Sarkisyanın antirusiya mahiyyətli Qərbə meyillənməsi ermənipərəst Rusiya ekspertlərinin - Zatulin, Aleksandrov, Zaxarov, Areşev, Krivopuskov, Markarov və s. kimilərinin güclü lobbiçiliyi və informasiya dəstəyi ilə müşaiyət olunub. Bunlar RF-nin Ermənistandakı səfirinə çox gözəl bəllidir. Ermənilərin alətinə çevrilmiş Jirinovskidən və Kremldə ermənipərəst lobbiçilik reallaşdıran Rusiya Strateji Tədqiqatlar İnstitutundan da səfirin xəbəri var", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, avrostrukturlardan gələn mesajlar vacib məsələnin üstünü açdı, Gürcüstan və Ermənistan Rusiya və ya Qərb seçimi etməlidirlər.

"Bu vaxtadək qərb strukturları bu mövqelərini ört-basdır edə bilirdilərsə, indi gizlədə bilmədilər. Aydındır ki, Ermənistan Rusiyanın ünvanına necə şirin söz deməsindən asılı olmayaraq, Rusiyadan uzaqlaşıb Qərbə istiqamətlənmə siyasətini aparmalıdır. Qərb bu konsepsiyanı məhz son 3 ildə tamamlayıb. Ermənistanı, onun siyasətini və iqtisadiyyatını Rusiyaya bağlamağın ən vacib göstəricisi Yerevan-Bakı-Moskva dəmiryolunun fəaliyyətinin bərpasıdır. Heç bir Moskva rəsmisi və eksperti bu günədək bu məsələni qaldırmayıb. Ona görə də Qərb Sarkisyanın antirusiya manevrlərinə inanır və ona dəstək verir", - Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, Sarkisyanın manevrləri təkcə Ermənistanı Rusiyadan uzaqlaşdırmır.

"Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi həm də Azərbaycanla Rusiya arasında inamın möhkəmlənməsinə imkan vermir. Nəticədə Ermənistanın Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla məşğul olduğunu deməyə ciddi əsaslar yaranır. Bizcə, Kovalenko çox gecikib. Ermənistanı qərbpərəstlikdən uzaqlaşdırıb rusiyapərəst etmək müşküldür, Yerevan-Bakı-Moskva dəmiryolu regiondakı digər Bakı-Tbilisi-Qars dəmiryolu marşrutuna görə əhəmiyyətini itirir. Qarabağ məsələsinin də həlli əvvəlki tək həyəcanla gözlənilmir. Hər halda Kovalenko güclü diplomatdır. Görünür, özünün gələcək karyerasını düşünmək indi daha aktualdır", - Əhmədoğlu açıqlamasında deyib.






11 Oktyabr, 2012  19:05 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner