Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mobil operatorlar 23 milyard dollarlıq zərər edəcək

/

Ağıllı telefonlarda olan ödənişsiz mesaj proqramları telekom şirkətlərinə zərər vurub. Simsar.az-ın məlumatına görə, bu ildən telekom şirkətlərinin qısa mesaj xidməti (SMS) qazanclarının dünya səviyyəsində 23 milyard dollar azalması gözlənilir. Texnologiyadakı inkişafı araşdıran Ovum şirkətinə görə, ağıllı telefonlarda olan “WhatsApp” kimi proqramların istifadəçisinin çoxalması telekom şirkətlərinin 2016-cı ilin sonunda 54 milyard dollar zərər edəcəyini göstərir.
Şirkətin hazırladığı hesabata görə, ağıllı telefonlara olan tələbatın get-gedə artması və ödənişsiz mesaj proqramlarından istifadə SMS-ə olan tələbatı azaldır. Ovum bu şərtlərdə telekom şirkətlərinin vəziyyətini qəbul edib, fərqli bir taktika həyata keçirmələrini məsləhət bilib.

Xatırladaq ki, Ovum 2009-ci ildə telekom şirkətlərinin danışıqlardan əlavə gəlirlərinin ümumi qazancın 57%-ini təşkil etdiyini bildirmişdi. 2012-ci ildə isə bunun 47% olacağı vurğulanıb.



İlknur Salamova






11 Oktyabr, 2012  18:39 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner