Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva ABŞ-da TÜRKSOY-un sədri ilə görüşüb

.

Millət vəkili Qənirə Paşayeva ABŞ-da bu ölkədə səfərdə olan TÜRKSOY-un sədri Düsen Kaseinovla görüşüb.
Simsar.az xəbər verir ki, ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva TÜRKSOY-un sədri Düsen Kaseinovla görüşüb. Düsen Kaseinov 6 Türk Dövlətinin birlikdə ABŞ-da Türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keşmişilə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığı vurğulayıb. Bu layihənin həyata keçməsində dəstək göstərdiyi üçün Azərbaycana xüsusi təşəkkürünü bildirib. Azərbaycanın hər zaman bu cür milli məsələlərə həssaslıqla yanaşdığını deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu festival Amerikalılara böyük tariximiz və mədəniyyətimiz barədə daha geniş məlumatların çatdırılması ilə bərabər Avrasiya regionunda böyük güc olan Türk dövlətlərinin və xalqlarının qardaşlıq və birliyini nümayiş etditmək üçün də vacib və əhəmiyyətlidir. Artıq neçə gündür davam edən festivala amerikalıların böyük maraq göstərməsindən məmun qalan Düsen Kaseinov bu kimi tədbirlərin dünyanın hər tərəfində keçirilməsinin vacibliyini vurğulayıb və yaxın zamanlarda bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. Azərbaycanın festival zamanı mədəniyyətini, musiqisini, mətbəxini, adət və ənənəsini yüksək səviyyədə təqdim etdiyini xüsusi vurğulayan TÜRKSOY-un sədri Düsen Kaseinov bütün türk respublikalarının bu tədbirdə yüksək səviyyədə iştirakından razı qaldığını və bunun böyük əhəmiyyət daşıdığını deyib. Azərbaycanın hər zaman TÜRKSOY-un fəaliyyətinə böyük önəm verdiyini deyən millət vəkili Qənirə Paşayeva bütün türk dövlətlərinin birlikdə bu cür tədbirləri tez-tez keçirməsinin xüsusi önəmini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayeva TÜRKSOY-un ofisi üçün Azərbaycanın hədiyyələrini Azərbaycan xalçaçılarının əl işi olan xalça, özünün müəllifi olduğu TURAN albomunu və Azərbaycan həqiqətləri ilə bağlı materiallar Düsen Kaseinova hədiyyə edib.






11 Oktyabr, 2012  17:58 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner