Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Statistika Komitəsi etiraf etdi – AÇIQLAMA

.

“Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşıb”.

Dövlət Statistika Komitəsi sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Simsar.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, sentyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olub.

Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşıb. Bahalaşma ilə yanaşı, sentyabr ayında düyünün, manna yarmasının, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, üzümün, kələmin, soğanın, kartofun, çuğundurun, kökün qiymətlərində ucuzlaşma da müşahidə olunub.


Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatında MDB və beynəlxalq reyslər üzrə sərnişindaşıma və təhsil haqları tariflərində bahalaşma müşahidə olunub.






11 Oktyabr, 2012  17:49 Baxılıb: 977 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner