Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda hər gün 479 körpə doğulur - AÇIQLAMA

/

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayı ilə bağlı ən son rəqəmləri açıqlayıb. Simsar.az xəbər verir ki, komitənin açıqladığı məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 91,7 min nəfər artaraq 2012-ci il oktyabrın 1-inə olan tarixə görə, 9 milyon 327 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 108 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 qadın düşür.
2012-ci ilin doqquz ayı ərzində 131,2 min və ya hər gün orta hesabla 479 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,3-dən 19,1-dək azalıb. Körpələrin 1444-ü əkiz, 33-ü isə üçəm doğulub.
Сari ildə doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.
Yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.
2012-ci ilin doqquz ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.






11 Oktyabr, 2012  17:02 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner