Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlham Şaban: «BP» şirkəti üçün Azərbaycanda münbit şərait yaradılıb» - Açıqlama

«Şirkətin «kobud» səhvləri açıqlanmalıdır


“BP-Azərbaycan” şirkəti prezident İlham Əliyevin bu şirkət barədə tənqidi çıxışlarını şərh etmək istəməyib. Şirkətdən “Biz prezidentin çıxışlarını şərh emirik” deyilib.
Neft məsələləri üzrə ekspert İlham Şaban Simsar.az-a bildirib ki, prezidentin tənqidi çıxışlarına münasibət öyrənmək üçün “BP” ilə əlaqə saxlayıb və “biz prezidentin çıxışlarını şərh emirik” cavabını alıb.



Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bildirib ki, “BP” verdiyi vədləri, proqnozları yerinə yetirilməlidir: “Gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən “bp” şirkətinin kobud səhvləri nəticəsində mümkün olub”.

İ.Şabanın sözlərinə görə, Azərbaycanda neft hasilatı ildən-ilə aşağı düşür: «2010-cu ildə neft hasilatımız 50,8 milyon ton olmuşdu. Bu maksimum göstərici idi. İldən ilə bu göstərici azalır. Bunu geoloqlar, ARDNŞ və digər şirkətlər, ekspertlər qabaqcadan proqnoz verirdilər. Neft hasilatı böyük kapital tələb edir. Kaçağan yatacının işlənməsi üçün 30 milyard dollar vəsait xərclənib. «Azəri-Çıraq-Günəşli» yatağında neft hasilatını artırmaq üçün böyük vəsait lazımdır. Həmçinin yatağın üst qatında sululuq yaranıb. Neft ehtiyatları daha dərindədir. Yan quyuların qazılması lazımdır. Bu da əlavə böyük xərc deməkdir. Prezident «BP kobud səhvə yol verir»deyəndə nəyi nəzərdə tutur deyə bilmərəm. Görünür, proqnozların yerinə yetirilməməsini nəzərdə tutur. Əsil səbəblər isə açıqlanmır».

İ.Əliyevin «BP»-yə yönəli tənqidlərinin siyasi tərəflərinin olmasına gəlincə ekspert bildirir ki, müxalifətin prezidentin açıqlamasından tələsik qərar çıxarıb sevinməsinə ehtiyac yoxdur: «Onsuz da, BP-nin işi gedir. Hökumət neft şirkətlərinə cığır açır. Neft və qazın nəqli üçün hökumət şirkətlər üçün lazım olan şəraiti yaradır. Başqa ölkələrdə şirkətlər kəmərlərin çəkilişini, mühafizəsizini özləri təmin edirlər. Son vaxtlar «BP» şirkətilə bağlı bir sıra ölkələrdə problemlər yaranır. Anqola, Nigeriya, Argentina, hətta Rusifanfn özündə xarici neft şirkətləri barəsində ölçülər götürülür. Şirkətlərin milliləşdirilməsi həyata keçirilir. «BP»nin vəziyyəti o qədər də yaxşı deyil».

RUSLAN






11 Oktyabr, 2012  16:26 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner