Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva ABŞ-da Türk Mərkəzində olub -FOTO

.

ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva bu şəhərdə keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Hyustonda(ABŞ) Türk Mərkəzini və onun Azərbaycan bölməsini ziyarət edib və mərkəzin rəhbərliyi, türk icmasının üzvləri və bir sıra türkkökənli diaspor təşkilatlarının liderləri ilə görüşüb. Simsar.az-ın məlumatına görə, Q. Paşayevaya mərkəzin Azərbaycan bölməsini, Azərbaycan dili və mədəniyyətini tədris edən bölmələri ilə bağlı məlumat verilib ki, bu mərkəz amerikalıların böyük maraq göstərdiyi və hər gün çoxlu sayda insanın ziyarət etdiyi bir mərkəzdir. Mərkəzdə keçirilən tədbirlər zamanı Amerika siyasətinin məhşur isimləri də iştirak edir və müxtəlif konfranslar keçirirlər.
Görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün türkəsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və müzakirələr aparılıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan tarixini, mədəniyyətini, musiqisini özündə əks etdirən hədiyyələri mərkəzə hədiyyə edib.

Fatimə Kərimli






11 Oktyabr, 2012  15:49 Baxılıb: 923 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner