Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nuri Əl-Maliki: “Türkiyə həyasızcasına hərəkət edir”

.

İraqın baş naziri Nuru Əl-Maliki Türkiyəylə bağlı sərt açıqlamalar edib. Simsar.az-ın məlumatına görə, Nuru Əl-Maliki Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Rusiya mətbuatına verdiyi açıqlamada Türkiyəylə bağlı çox sərt danışıb. Türkiyəni Suriya siyasətində həyasızca hərəkət etməklə günahlandıran Maliki “Beynəlxalq cəmiyyət Türkiyəninin bu hərəkətinə son verməlidir” deyib. NATO-nun Suriyada böhran vəziyyətinə müdaxilə etməməli olduğunu deyən Maliki, “Yaşanan hadisələr çərçivəsində müharibə etmək, ya da NATO-nu Türkiyəni müdafiə etməyə çağırmaq səhvdir. Türkiyəni təhdid edən hər hansı bir vəziyyət yoxdur” ifadələrini işlədib. Malikiyə görə, NATO Suriyaya müdaxilə etsə, gərginlik bütün bölgəyə yayıla bilər. Türkiyənin Suriya siyasətini sərt bir dillə tənqid edən Maliki, “Biz Türkiyənin siyasətinin səhv olduğuna inanırıq. Türkiyənin bölgədə tətbiq etdiyi siyasətlər bölgənin təhlükəsizliyi ilə əlaqədar riski artırır. Türkiyə həyasızcasına hərəkət edir. Suriyada problemi həll etmək üçün boynuna məsuliyyət götürmək əvəzinə Suriya xalqına öz qərarını təlqin etmək istəyir. Buna görə, beynəlxalq cəmiyyət müdaxilə etməli və Türkiyənin bu hərəkətinə son verməlidir” - deyib.

İlknur Salamova






11 Oktyabr, 2012  14:42 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner