.
Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir. Baş Dövlət Yol Polisi İdarəsindən Simsar.az-a verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.