Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İl ərzində 12 hərbi qulluqçu intihar edib

.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 76 nəfər təşkil edib. Ötən müddət də 71 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 58-i isə qeyri-döyüş itkiləridir.


7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 12 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 69-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (71 nəfər) onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 27-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 66 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.






11 Oktyabr, 2012  14:09 Baxılıb: 957 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner