Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dini Komitənin sədri Türkiyədədir

Elşad İskəndərov: Azərbaycan-Türkiyə qardaşlığının möhkəm əsasları var

Türkiyədə rəsmi səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görməzlə görüşüb. DQİDK-nin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, görüş zamanı E.İskədərov Azərbaycanda bütün dinlərin tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadığını, dövlətin dini ayinlərin həyata keçiriləməsi üçün geniş şərait yaratdığını vurğulayıb. Komitə sədri inkişafda olan Azərbaycanın, bu modeli dünyada, xüsusilə multikulturalizmin böhranını yaşayan Avropa ilə bölüşmək üçün bütün potensial imkanlara malik olduğunu vurğulayıb. Komitə sədri eyni zamanda sözügedən məsələlərdə Diyanət Başqanlığı ilə birgə Avrasiya coğrafiyasında müştərək layihələri həyata keçirmək üçün əməkdaşlıq təklif edərək və bu təklif Türkiyə tərəfindən məmnuniyyətlə qəbul edilib.
Görüş zamanı Mehmet Görməz Diyanət Başqanlığı haqında geniş məlumat verib, o cümlədən, Başqanlığın 120 min müfti, imam, müəzzin kimi işçisinin, həmçinin Türkiyədə Diyanətə bağlı ümumilikdə 85 min, Avropada isə daha altı min məscidin fəaliyyət göstərdiyini bildirib. Daha sonra Mehmet Görməz Azərbaycanda səfərdə ikən ölkə başçısı İlham Əliyev ilə görüşünü xatırlatmış və görüş zamanı cənab Prezidentin göstərdiyi qonaqpərvərlik və səmimiyyətə görə təşəkürünü bir daha ifadə etmişdir.
“Avropada İslami tolerant müasirliyi və elmi yanaşmanı əhatə edən bir dünyagörüşü kimi təbliğ etmək üçün unikal imkanları var”- deyə Mehmet Görməz bildirib.

Görüş zamanı Azərbaycan və Türkiyənin dini maarifləndirmə işi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.






11 Oktyabr, 2012  14:09 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner