Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Saakaşvili hökumətin istefasını qəbul edib

.

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə hökumətinin istefasını qəbul edib. Saakaşvili hökumətin istefasının qəbul edilməsi ilə bağlı sərəncam imzalayıb. Eyni sərəncamla hökumətin mövcud tərkibinə yeni hökumət formalaşdırılanadək səlahiyyətlərin icrasının davam etdirilməsi tapşırılıb. Hökumətin yeni tərkibi Konstitusiyada nəzərdə tutulmuş müddətdə parlamentə təqdim edilməlidir.

Xatırladaq ki, Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı oktyabrın 1-də keçirilən parlament seçkilərində məğlub olub və 150 yerlik parlamentdə 67 yer qazanıb. Milyonçu Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası isə yeni parlamentdə 83 mandat əldə edib. Seçkilərdə iştirak edən digər siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi aşa bilməyiblər.

Bazar ertəsi Bidzina İvanişvili Nazirlər Kabinetinin yeni tərkibinin siyahsını açıqlayıb. Siyahının oktyabrın 20-21-də parlamentin ilk iclasında təsdiqlənəcəyi gözlənilir. O vaxtadək isə hazırkı Nazirlər Kabineti qalib koalisiyanın nəzarəti altında səlahiyyətlərinin icrasını davam etdirəcək.






11 Oktyabr, 2012  14:07 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner