Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan Alekslə vidalaşdı

Aleksi bir daha ölkəsində görməyi arzuladığını deyən Ərdoğan braziliyalı futbolçuya qol düyməsi hədiyyə edib

Türkiyənin “Fenerbahçe” futbol komandası ilə müqaviləsinin müddəti başa çatan braziliyalı oyunçu Aleks De Souza baş nazir Rəcəb Tayyib Ərdoğanla qucaqlaşaraq vidalaşdı. “İhlas” agentliyinin məlumatına görə, tərəflər arasında görüş Ərdoğanın tələbi ilə baş nazirin “Dolmabağça” sarayındakı iş ofisində baş tutub. Görüşə ailəsi ilə gedən Aleks baş nazirlə 1.15 saat görüşüb. 

Aleksi bir daha ölkəsində görməyi arzuladığını deyən Ərdoğan braziliyalı futbolçuya qol düyməsi, həyat yoldaşına qəhvə dəsti, şal və broş, uşaqlarına isə oyuncaq hədiyyə edib. Braziliyalı cütlüklə türkcə danışan Ərdoğan Aleksin həyat yoldaşına qəhvə dəstinin istifadəsi barədə məlumat verərək, “Aleks üçün qəhvəni özün hazırlayarsan” – dedi.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan fanatik “Fenerbahçe” azarkeşidir.






11 Oktyabr, 2012  14:04 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner