Yanvar-sentyabr aylarında limandan dünya bazarlarına çıxarılmış neftin həcmi 22.2 milyon ton olub
Bu ilin sentyabr ayı ərzində 2 milyon 453 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 758 min 450 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 milyon 281 min 38 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 196 milyon 299 min 66 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.