Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi və 3 əməkdaşı vəzifədən kənarlaşdırlıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar nəticəsində nöqsanlar aşkar edilib.
Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi Azad Məmmədov və şöbənin 3 əməkdaşı işdən azad edilib.