Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri başa çatıb

Səfər çərçivəsində Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilib, bir sıra sənədlər imzalanıb

İqtisadi İnkişaf naziri Şahin Mustafayev öncə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. Görüşdə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin Macarıstanın dövlət katibi Peter Siyarto və Milli İqtisadiyyat naziri Derd Metolçi ilə görüşlərində kənd təsərrüfatı, infrastruktur, tikinti və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 
Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
Biznes forum zamanı iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.

Səfərin ikinci günü Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçirilib.

İclasda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, bu günədək ölkələrimiz arasında müxtəlif sahələr üzrə 30-a yaxın sənəd imzalandığını bildirib.

İclasda sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, ticarət, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasının yekunlarına dair Protokol imzalanıb. İclas çərçivəsində həmçinin, Komissiyanın həmsədrləri Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Sazişi imzalayıblar.

Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə ki, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Təhsil nazirinin müavini Qulu Novruzov, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşərək, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “İkarus” avtobuslarının istehsal edildiyi “Batta” sənaye parkında, “Hunland KFT” aqrar-sənaye kompleksində, “Dermeyi” makaron məmulatları fabrikində istehsal prosesi ilə tanış olub.

Səfərin sonunda mətbuat konfransı keçirilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.






10 Oktyabr, 2012  20:59 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner