Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan: “Bəşər Əsəd atasının rekordunu qırmağa çalışır”

Ərdoğan Bəşər Əsədi atası Hafiz Əsədlə müqayisə etdi

Suriya prezidenti Bəşər Əsəd 30 mindən çox adamı öldürərək, atasının rekordunu təzələməyə çalışır. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 28-ci İSEDAK Nazirlər Zirvə Toplantısında çıxışı zamanı bəyan edib. O, Suriyada iğtişaşlar başlayandən indiyədək 30 min adamın öldürüldüyünü bildirib.

"Bilirsiniz, ata Əsəd Hama və Homs şəhərlərində 30 min adamı qətlə yetirmişdi. Oğul Əsəd də "indi mən atamın rekordunu qırmalıyam" deyir və 30 mini ötüb keçməyə çalışır. Təyyarələrdən bombalayaraq, öz xalqını ölümə və səfalətə doğru sürükləyir. Hazırda qonşu ölkələrə 250 minə yaxın qaçqın sığınıb. Təkcə mənim ölkəmdə 99 min adam bizə sığınıb və düşərgələrimizdə onları qonaq edirik. Bu rəqəm hər ötən gün artır. 2,5 milyon adam öz ölkəsində ev-eşiksiz qalıb. Şəhərlər, kəndlər, İslam mədəniyyətinin ən gözəl nümunələri olan tarixi əsərlər yerlə-yeksan edilib", deyə Türkiyənin Baş naziri belə deyib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya məsələsində həssaslığının tamamilə qonşuluq hüququndan, qardaşlıq və qohumluq əlaqələrindən irəli gəldiyini bildirib. "Bu ölkələdə olan hər şey, təbii ki, Türkiyəyə təsir edir. Bizim əsla Suriyanın daxili işlərinə qarışmaq kimi bir niyyətimiz yoxdur. Suriya üzərindən xeyir güdmürük", - Rəcəb Tayyib Ərdoğan belə deyib.






10 Oktyabr, 2012  20:11 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner