Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva ABŞ-da türkiyəli millət vəkilləri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva ABŞ- səfərdə olan Türkiyə Parlamentinin 12 millət vəkilinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.


ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində tədbirlə bağlı Türkiyədən gəlmiş Türkiyə Böyük Millət Məclisinin 12 millət vəkilinin və Türkiyənin Mədəniyyət nazirinin müavini Abdurrahman Arıcının təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb və fikir mübadiləsi aparıb. Simsar.az xəbər verir ki, 6 türk dövlətinin birlikdə ABŞ-da türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keşmişilə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu festival Amerikalılara böyük tariximiz və mədəniyyətimiz barədə daha geniş məlumatların çatdırılması ilə bərabər Avrasiya regionunda böyük güc olan türk dövlətlərinin və xalqlarının qardaşlıq və birliyini nümayiş etdirmək üçün də vacib və əhəmiyyətlidir. Bu cür böyük və əhəmiyyətli tədbirlərin həm də Türk milləti əleyhinə uzun illərdir yalan və böhtan məlumatlar yayan erməni diaspor və lobbisi də daxil olmaqla bəzi qrupların zərərli fəaliyyətinin qarşısının alınması istiqamətində önəmli olduğu görüş zamanı xüsusi qeyd olunub.
Türkiyə millət vəkilləri iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluqlarını söyləyiblər. Türkiyənin daim Azərbaycanın yanında olacağını deyən Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyiblər.
Qənirə Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə Avrasiya məkanının, bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir.
Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da Azərbaycan həqiqətlərinin daha geniş yayılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində diasporumuzla birlikdə səylərimizi daha da artırmalıyıq. Görüşdə iştirak edən ABŞ-da fəaliyyət göstərən bir sıra türk diaspor təşkilatları rəhbərləri ilə fikir mübadiləsi zamanı millət vəkilləri bu ölkədə yaşayan türkkökənli insanların sayının getdikcə daha da artmasının səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğu, səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türkkökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






10 Oktyabr, 2012  17:54 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner