Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparmayıb

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bəzi KİV-lərdə yayılan informasiyalar yalan olduğunu bildirib

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədovanın evində proqurorluq orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə yayılan məlumat təsdiqini tapmayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar.az-a bildirib ki, Gülər Əhmədovanın evində prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı bəzi KİV-lərdə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.






10 Oktyabr, 2012  16:50 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner