Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dini Komitənin sədri Türkiyəyə gedib

Elşad İskəndərov dini qurumların rəhbərləri ilə görüşəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin dini işlər naziri, professor Mehmet Görməzin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə Simsar.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Komitə sədri Dini İşlər Nazirliyi, TİKA və Dəyanət Vəkfınin rəhbərliyi, digər dövlət qurumlarının rəsmiəri ilə görüşlər keçirəcək.

Ankara və İstanbulda keçiriləcək bir sıra görüşlərdə Azərbaycan və Türkiyə arasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iki qardaş ölkənin beynəlxalq miqyasda birgə həyata keçirə biləcəyi, İslamofobiyaya və multikulturalizmi təhdidə alan tendesiyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Səfər çərçivəsində Komitə sədrinin Ankara və Mərmərə Universitetlərinin, İstanbul Müftülüyünün fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.

Səfərin sonunda E.İskəndərov TÜRKPA tərəfindən təşkil olunan “Dövlətlərarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərin rolu” mövzusunda keçiriləcək Beynəlxalq Forumda “Türkdilli dövlətlərin dünyaya inteqrasiyası və dinlərarası tolerantlıq modeli” mövzusunda çıxış edəcək.






10 Oktyabr, 2012  16:16 Baxılıb: 866 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner