Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Saxarov mükafatı azərbaycanlı rejissora verilə bilər

..

Avropa Parlamenti Saxarov mükafatına namizədlərin siyahısını açıqlayıb. Simsar.az-ın əlumatına görə, mərhum sovet dissidenti, akademik Andrey Saxarovun adını daşıyan mükafat bu il “Pussy Riot” qrupunun üzvləri Mariya Alyoxina, Nadejda Tolokonnikova, Yekaterina Samutseviçə, belaruslu hüquq müdafiəçisi Ales Belyatskiyə, iranlı vəkil Nəsrin Sütudəyə və ya İran rejissoru, azərbaycanlı Cəfər Pənahiyə verilə bilər.
Laureatın adı oktyabrın 26-da açıqlanacaq.
“Pussy Riot” qrupunun üzvləri 2012-ci ilin fevralında kilsədə baş nazir (indiki prezident) Vladimir Putinin və ölkənin dini lideri patriarx Kirillin əleyhinə mahnı oxuduqlarına görə 2 il həbs cəzasına məhkum ediliblər.
Nəsrin Sütudə 2010-cu ildə tutulub və 11 il həbsə məhkum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib.
Azərbaycanlı kinorejissor Cəfər Pənahi 2010-cu ildə 6 il azadlıqdan məhrumetmə cəzası alıb. O, müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılıb.
Ales Belyatski 2011-ci ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Saxarov mükafatı 1988-ci ildən bəri hər il insan hüquqları, demokratiya sahəsində xidmətləri olan şəxslərə verilir.






10 Oktyabr, 2012  15:22 Baxılıb: 1158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner