Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

902 min 820 "Facebook" istifadəçisi

Azərbaycanda bu sosial şəbəkədən istifadə edənlərin sayının 1 milyona çatmasına az qaldı 



Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 902 820 nəfərə çatıb. Simsar.az-ın məlumatına görə, bu barədə "Facebakers"in oktyabrın 10-na olan vəziyyət üzrə hesabatında deyilir.

İyunun 27-dən oktyabrın 10-dək sosial şəbəkədə azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.
Azərbaycanın "Facebook" seqmenti daxil olma reytinqində 84-cü yerdədir ki, bu da iyun ayının sonu ilə müqayisədə 1 bənd aşağıdır.

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 10,87 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin faizi Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24,47 faizini təşkil edir.

Ümumi istifadəçilərin sayı arasında kişilər 63 faiz, qadınlar isə 37 faiz təşkil edir.
Say baxımından ilk yeri 18-24 yaşlı (48 faiz), ikinci yeri 25-34 yaşlı (22 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.
13-15 yaşlı istifadəçilərin sayı isə 7 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür.
"
Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Gürcüstan (849620 istifadəçi), Qazaxıstan (617260), Estoniya (491660), Belarus (444820), Ermənistan (340680), Moldova (265260), Özbəkistan (151500), Qırğızıstan (97400), Tacikistan (40740) və Türkmənistan (8840) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı bir milyard nəfərdən çoxdur.






10 Oktyabr, 2012  15:00 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner