Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva ABŞ-da bir sıra görüşlər keçirib

.

ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonun Bələdiyyə Başqanı Annise Parker, konqresmen Pete Olson, Texas millət vəkilləri Alma Allen, Senfonia Thomsonla görüşüb.
ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva bu şəhərdə keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Hyustonun Bələdiyyə Başqanı Annise Parker, konqresmen Pete Olson, Texas millət vəkilləri Alma Allen, Senfonia Thomsonla görüşüb. Simsar.az-ın məlumatına görə, görüşlər zamanı Hyustonun Bələdiyyə Başqanı Annise Parker, konqresmen Pete Olson, Texas Millət vəkilləri Alma Allen, Senfonia Thomson ABŞ-da Türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keçmişilə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bu kimi tədbirlərin xalqlar və dövlətlərarasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyi vurğulanıb və ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın getdikcə daha da artması müsbət dəyərləndirilib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə ABŞ arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da artmasından məmunluğunu ifadə edərək Bakının qardaş şəhəri olan Hyustonla əməkdaşlığın getdikcə daha da genişlənməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu cur yüksək səviyyəli festivalların keçirilməsini əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva 10 minlərlə Amerikalını bu tədbirlərdə iştirak etməsi və Türk xalqlarını, onların böyük tarix və mədəniyyətini yaxından tanımasının xalqlarımız arasında münasibətlərin daha da inkişafına özünün müsbət təsirini göstərəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətlərini daha yaxından görmək üçün bələdiyyə başqanı və millət vəkillərini Azərbaycana dəvət edib.






10 Oktyabr, 2012  14:25 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner