Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bəhram Xəlilov: “Kim daha çox işləyirsə, o, daha çox əməkhaqqı almalıdır”

Azərbaycanda dövlət qulluqçularının əməkhaqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq.

Simsar.az xəbərverir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov deyib. B.Xəlilov deyib: “Kim daha çox işləyirsə, o, daha çox əməkhaqqı almalıdır. Hazırda bununla bağlı sənəd üzərində iş gedir. Bu sənədin hazırlanması 2014-cü ilə nəzərdə tutulub. Lakin çalışacağıq ki, daha tez zamanda bu sənədi beynəlxalq ekspertizadan keçirək, vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr aparaq”.

Komissiya sədri həmçinin ali təhsili olmayan şəxslərin dövlət qulluğuna xitam verilməsinə də münasibət bildirib: “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulur ki, inzibati vəzifə tutan şəxslərin ali təhsili olmalıdır. Hər bir vəzifə üzrə tələblər, o cümlədən ixtisas tələbləri müəyyən edilib ki, bunlar da ali təhsilin olmasını zəruri edir. Ali təhsili olmayan şəxs həmin vəzifələrin tutulmasına uyğun gəlmir. Mərkəzi icra hakimiyyəti orqanlarında ali təhsili olmayan şəxslərin sayı çox azdır. Onların müəyyən olunması ilə Komissiya yox, həmin dövlət orqanları məşğuldur”.






10 Oktyabr, 2012  14:11 Baxılıb: 1902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner