Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmam Hüseynin şəhadət günüdür

.

Bu gün Məhəmməd Peyğəmbərin (s) nəvəsi Hüseynin qətlə yetirildiyi gündür. O, 626-cı ildəMədinə şəhərində dünyaya gəlib. Hüseyn uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirib.
Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşayıb və Əlinin hakimiyyəti dövründə fəallıq göstərib. Əlinin ölümündən sonra siyasi və ictimai səhnələrdə qardaşı Həsənlə çalışıb.Həsənin ölmündən sonra on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşüb. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, h.q. 61-ci ili (m. 680)Məhərrəm ayının 10-da İraqın Kərbəla çölündə şəhid edilib.
İmam Hüseynin başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Ünvan kimi Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlər göstərilir.

Şiə alimlərinə görə, onun Kərbəlada dəfn olunması ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir. Şeyx Səduq imam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, imamın başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, imamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi.. O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir. Bəzi alimlərin fikrincə, imamın qırxı günü (ərbəin) geri qayıdan imam Səccad (ə) imamın başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil. Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman imamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da imamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.






10 Oktyabr, 2012  13:41 Baxılıb: 5887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner