.
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Füzuli və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.