Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

509 yaşlı “Vodka”

Farslar yaratdı, Avropa yaydı, Rusiya öz adına çıxdı 

10 oktyabr içki həvəskarları olanlar üçün əlamətdar gün hesab olunur.
Çünki indi məclislərdə araq deyə içimizə ötürdüyümüz zəqqutum 1503-cü ilin oktyabrın 10-da Moskvadakı monastırların birində hazırlanıb. Rusların simvoluna çevrilmiş "vodka"nın resepti məhz monastırda hazırlanıb.

Ağlı başdan alan içkilərin ən yaşlısı şərabdı. Onun icad olunması haradasa bizim eradan əvvələrə gedib çıxır. Və bu haqda ən müxtəlif versiyalar mövcuddur. Amma bu gün dünyada spirtli içki deyəndə adamən ağlına məhz “vodka” gəlir.

Bəzi məlumatlara görə, bu içkinin prototipi 11-ci əsrdə fars həkimi Ar-Rarzi tərəfindən hazırlanıb. İlk dəfə olaraq o, etonolu - etil spirtini distilə yolu ilə ala bilib. Amma sonralar bundan qısa müddətdə istifadə olunub. Çünki islam spirtli içkini qadağan etdiyi üçün müsəlman Şərqində bundan yalnız tibbi işlərdə, hətta ətirlərin hazırlanmasında da istifadə ediblər.

1-ci Pyotrun epoxasında Rusiyada "vodka kralları"nın, zavod sahiblərinin sülaləsinin əsası qoyuldu. 1716-cı ildə Rusiya imperatoru mülkədarlara və kupeçlərə öz torpaqlarında şərab istehsalı ilə məşğul olmağa icazə verdi. Bununla da Rusiyada bu sahənin inkişafı daha sürətləndi.

Kraliça 2-ci Yekatrina dövründə də - 18-ci əsrin ortalarında şərabçılıqla məşğul olan mülkədarlara imtiyazlar verdi. Beləliklə zirzəmilərdə, təsadüfi tikililərdə istehsal olunan vodka inanılmaz səviyyədə inkişafa qədəm qoydu. 19-cu əsrdə digər imperator da bu sahəni diqqətdə saxladı. Hətta müəyyən dövrlərdə vodkanın istehsalı inhisara da alındı. Bundan sonra istehsalçılar bu içkinin keyfiyyətini qaldırmağa məcbur oldular. Çünki rəqabət və tələb onlardan bunu istəyirdi. Həmin dövrlərdə vodkanın təmizlənməsi üçün heyvanların təbii zülalından - süddən, yumurta zülalından istifadə olunurdu. Məhz o zamanlar Kurakin knyazlarının, Şeremetev və Rumyantsev və s. qraflarının hazırladıqları vodkalar böyük reputasiya qazanmışdı. Artıq hər yerdə bu istehsalçıların araqlarını istəyirdilər. 19-cu əsrin sonlarında Rusiyada ilk dəfə vodka üçün dövlət standartları müəyyənləşdirildi və tətbiq edildi. Amma bütün bunlar hələ də əsl vodka, araq səviyyəsində deyildilər. Vodka monopoliyasının komissiya üzvləri olan dövrün kimyaçı alimləri Dmitri Mendeleyev və Nikolay Zelinskiy əsas rol oynadılar.

Dmitri Mendeleyev ilk dəfə olaraq vodkanın tərkibini işləyib hazırladı. O kəşf etdi ki, məhz vodkanın tündlüyü 40 dərəcə təşkil etməlidir. Ondan yüksəyi və ya əskiyi hər yeri dolaşsa da effekti olmamışdı. Və beləliklə o, 1865-ci ildə 31 yanvarda özünün "Spirtlə suyun qarışması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etməklə vodkanın - Rus arağının yaradıcısı kimi məşhurlaşdı. 1894-cü ildə bu kəşfin müəlliflik hüququ ona verildi.

Mendeleyevin bu kəşfindən sonra Rus vodkası demək olar ki, dünyanı fəth etdi. Amma qeyd etmək lazımdı ki, araq heç də bütün dövrlərdə Rusiya iqtidarları tərəfindən özünə dəstək qazanıb. Xeyir. Elə dövrlər olub Rusiyada müxtəlif dövrlərdə "suxoy zakon" tətbiq edilib və həmin dövrlər demək olar ki, rus arağı özünün ən acınacaqlı dövrünü yaşayıb. Rus - yapon müharibəsi dövründə bir sıra böyük quberniyalarda araq ticarəti qəti qadağan edilib. Birinci Dünya Müharibəsinin ilk dövrlərində araq bütün Rusiya imperiyasında qadağan edildi. Və bu uzun müddət davam etdi. Yalnız sovet dövləti qurulduqdan bir qədər sonra - 1923-cü ildən başlayaraq bu qadağa aradan qaldırıldı. Amma onda da yalnız 20 faizli araqların istehsalına icazə verildi. Bir il sonra - 1924-cü ildə isə arağın 30 faiz tündlüklə buraxılmasına icazə verildi. Yalnız 1928-ci ildən arağın tərkibi və istehsalı ilə bağlı bütün qadağalar aradan götürüldü. İkinci Dünya Müharibəsi dövründə, əsasən də şaxtalı mərhələlərdə araqdan istifadə edilib. Hətta təhqiqatçıların dedikləridən məlum olur ki, bir sıra ağır döyüşlərdə vodka əsgərlərin döyüş qabiliyyətini yüksəltmək üçün də istifadə edilib.

Bu içki bizdə də kifayət qədər populyardı. Sovet dövründə Azərbaycanda da araq zavodları quruldu və onun kütləvi istehsalına başlandı. Hazırda spirtli içkilər sırasında ən çox istifadə olunan, istehsalçılara ən çox mənfəət verən araqdır. Və yəqin ki, hələ uzun müddət vodka öz liderliyini qoruyub saxlayacaq. Çünki zaman keçdikcə arağın da növləri artır.








10 Oktyabr, 2012  13:16 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner