Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı-Tiflis-Ərzurum kəmərindəki partlayış hasilata təsir etməyib

.

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qaz anbarları var və bu müddətdə “Şahdəniz”dən hasil olunan bütün qaz həmin anbarlara vurulur.

Qeyd edək ki, oktyabrın 3-də Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində Qars şəhərinin Sarıqamış qəsəbəsində baş verən partlayış nəticəsində kəmərin 15 metr uzunluğunda olan hissəsi sıradan çıxıb və Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. R.Abdullayev bildirib ki, kəmərin Türkiyə ərazisindən keçən hissəsinin qorunması üçün Türkiyə tərəfi məsuliyyət daşıyır.

ARDNŞ rəhbərinin sözlərinə görə, hazırda «Şahdəniz»dən gündə 21-22 mln. kubmetrə qədər qaz hasil edilir. Hazırda Azərbaycandakı yeraltı qaz anbarlarına 3 mlrd. kubmetrdən artıq qaz vurulub: “Naxçıvanda da qaz anbarı yaradılır. Artıq bizim qazma idarəmiz tərəfindən qaz anbarlarının yaradılması üçün qazma və geologiya işləri aparılır. Naxçıvandakı qaz anbarının tutumu ilkin dövrdə 50 mln. kubmetr olacaq, sonra isə 200 mln. kubmetrədək artırılacaq”.






10 Oktyabr, 2012  00:45 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner