Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ARDNŞ-ın ərazisində ev tikənlərə mühüm xəbər

“Şirkətin bəzi əraziləri ona lazım olmaya bilər”

Dövlət başçısının sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ona məxsus ərazilərdəki qanunsuz tikililərin siyahısını və bununla bağlı təkliflərini hazırlayır. Simsar.az-ın məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin mütəxəssisləri adı çəkilən ərazilərin kadastrını hazırlayırlar: «Burada torpaqlarımızın lazımlılığı, işləyə biləcəyimiz və ya bilməyəcəyimiz ərazilər müəyyənləşdirilir. Bu işlərə şirkətimizin geoloqları və geofizikləri cəlb olunub».

Şirkət rəhbəri bu işin böyük həcmli olduğunu və uzun müddət tələb etdiyini qeyd edib.

Bununla yanaşı, R.Abdullayev hazırda ARDNŞ-ın əraziləri sayılan torpaqların bir hissəsinin araşdırmalardan sonra şirkətə lazımlı hesab edilməyəcəyini istisna etməyib.






10 Oktyabr, 2012  00:04 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner