Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiyalı səfir: “Erməniləri Rusiyaya zorla aparmırıq”

 

“Heç kim erməniləri zorla Rusiyaya qovub gətirmir, onlar özləri Ermənistandan Rusiyaya gəlirlər”. 


 

 

Simsar.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, bunu bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistandakı səfiri Vyaçeslav Kovalenko söyləyib.

Qeyd edək ki, mətbuat konfransında erməni jurnalistlər əhalinin Ermənistanı sürətlə tərk etməsi probleminə toxunub, ermənilərin ən çox miqrasiya etdiyi ölkə olan Rusiyanın bu məsələdə Ermənistana nə üçün yardım etməməsi ilə maraqlanıblar. Vyaçeslav Kovalenko isə bildirib ki, bir çoxlarının Ermənistan vətəndaşlarının Rusiya miqrasiyasına yol açdığını düşündüyü Yurddaş Dövlət Proqramını Rusiya bağlaya bilməz: “Günah məgər Rusiya Miqrasiya Xidmətindədir? Məgər kimsə erməniləri Rusiyaya çəkib aparır? Məgər erməniləri zorla Rusiyaya gətirirlər? Düşünürsünüz ki, Rusiya Miqrasiya Xidməti Ermənistandakı təmsilçiliyini bağlasanız, ermənilər Rusiyaya axışmayacaqlar? Səbəb bu deyil, başqa səbəblər var. Nə üçün insanlar Ermənistanı tərk edirlər? Ona görə ki, bunun obyektiv səbəbləri var, Rusiyanın Miqrasiya Xidməti bunda günahkar deyil”.

Vyaçeslav Kovalenko bildirib ki, Rusiya Miqrasiya Xidməti qeyri-leqal miqrasiyanın məhdudlaşdırılmasına, Rusiyaya gələn insanların normal həyat şəraitində və yaxşı maaşla yaşamasına nail olmağa çalışır: “Hətta təmsilçiliyi bağlasaq da, Ermənistandan Rusiyaya miqrasiya dayanmayacaq. Digər tərəfdən, heç kim sual vermir ki, Ermənistandakı ABŞ konsulluğu necə işləyir. Mən sizə deyə bilərəm ki, 2007-ci ildən qrinkart vasitəsi ilə 5 mindən çox şəxs ailəsi ilə birlikdə ABŞ-a gedib, bu müddət ərzində Rusiya Miqrasiya Xidmətinin xətti ilə Ermənistandan Rusiyaya ailələri ilə birlikdə gedənlərin sayı isə 5 min nəfərdən azdır”.


 






9 Oktyabr, 2012  21:38 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner