Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Elşad Abdullayevdə videonun üçüncü hissəsi də var


Elnur Məcidli: “3-cü hissə daha güclü effekt yaradacaq”

Artıq bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev YAP-çı deputat Gülər Əhmədova ilə söhbətinin videosunun ikinci hissəsini yayımladıqdan sonra bütün gözlər ona dikildi. İctimaiyyət bu videonun davamı olub-olmayacağı, habelə rektorun növbəti addımları ilə maraqlandı.
E.Abdullayevin Fransadakı təmsilçilərindən biri, blogger-jurnalist Elnur Məcidli musavat.com-a açıqlamasında bu məsələlərə aydınlıq gətirdi. E.Məcidli öncə onu dedi ki, E.Abdullayevin bundan sonra hansı addımlar atması açılan cinayət işinin hansı yöndə getməsindən asılı olacaq. O, G.Əhmədova ilə bağlı videonun növbəti hissəsinin də olacağını dedi.

Əməkdaşımızın “deyilənə görə, həmin videoda Gülər Əhmədovanın Elşad Abdullayevdən aldığı pulları sayması ilə bağlı görüntülər var. Siz o videnu görmüsünüzmü” sualına cavabda isə E.Məcidli dedi ki, o fraqmenti indiki mərhələdə bizə dəqiq deyə bilməz: “Çünki onda 3-cü videonun marağı qaçar. Mən müstəqil bir jurnalist kimi bu işin tədqiqatı ilə məşğulam. Deyə bilərəm ki, 3-cü hissə daha güclü effekt yaradacaq”.

E.Məcidli E.Abdullayevin Strasburqda hüquq müdafiəçiləri ilə görüşü barədə də danışdı: “Görüşə qatılan hüquq müdafiəçiləri artıq Bakıdadır. Bir məqamı da deyim, onlar mətbuat konfransında bildiriblər ki, görüş Elşad Abdullayevin 2 günlük təkidindən sonra baş tutub. Bu, bir qədər fərqlidir. Çingiz Qənizadə öz yazısında Elşad Abdullayevi çay süfrəsi arxasına dəvət etmişdi. Mən də bu görüşün baş tutmasına kömək etdim, 2 günlük təkid olmadı. Sadəcə, iki gündə iki görüş oldu və çox normal, maraqlı müzakirələr oldu. Aradakı anlaşmazlıqlara və suallara müəyyən cavablar verildi. Elşad Abdullayev hüquq müdafiəçilərinə qardaşı Mahir Abdullayevin oğurlanması və həmin oğurluğu həyata keçirən, dövlət resurslarından istifadə edən cinayətkar dəstə haqqında geniş məlumatları əhatə edən çoxsəhifəlik ərizə təqdim edib”.

E.Məcidlidən E.Abdullayevin son olaraq Fransanı tərk etməsi ilə bağlı gəzən şayiələrə də münasibət öyrəndik. Onun sözlərinə görə, rektor Avropa parlamenti, YUNESKO və bənzər beynəlxalq və yerli dövlət qurumlarında görüşlər keçirdiyi üçün iş planına uyğun olaraq Paris, Brüssel və Strasburq şəhərlərində tez-tez olur: “Ancaq daimi yaşayış yeri əlbəttə ki, Fransadır”.






9 Oktyabr, 2012  21:19 Baxılıb: 1103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner