Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rauf Arifoğludan Gülər Əhmədovanın ittihamlarına - CAVAB

“Gülər Əhmədova göstərmək istəyir ki, müxalifətin hədəfindədir...”

 

 “Sabiq deputat Gülər Əhmədova artıq neçənci dəfədir ki, qəzetimizi hədəfə alan ittihamlarla çıxış edir. Bu, məni təəccübləndirir. Lakin məqsədini anlayıram. Gülər Əhmədova belə bir görüntü yaratmaq istəyir ki, o, müxalifət düşərgəsinin hədəfindədir, hər şeyi bu düşərgəyə aid bir qəzet mürəkkəbləşdirir. Əslində isə onun vəziyyətini özü, düşünülməmiş hərəkətləri və açıqlamaları ilə pisləşdirir. “Yeni Müsavat”, eləcə də digər KİV-lər ölkənin gündəmini dəyişən, konkret bir cinayət əməli barədə yazılar yazır, bu əməldə əsas şübhəli bilinən Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətlərini izləyərək, onları əks etdirməyə çalışır. Bu məsələdə bizim xüsusi qərəzimiz yoxdur, ola da bilməz. Üstəlik, hörmətli Gülər xanım haqqında onun partiya yoldaşlarından, iqtidar mənsublarından kəskin ifadələr işlətməmişik. Dövlətin və hakim partiyanın rəhbərləri Gülər Əhmədovanın məlum videodakı hərəkətlərini konkret olaraq dələduzluq kimi qiymətləndirmiş, onun bu cunayəti törətdiyini etiraf etmişlər. Hazırda onun mandatı əlindən alınmış (nə qədər desə də ki, mən özüm mandatdan imtina etmişəm, buna kimsə inanmır ), barəsində cinayət işi açılmış, ölkədən çıxmasına yasaq qoyulmuşdur. Belə bir vəziyyətdə, əsas məsələləri, taleyi ilə bağlı hökm verənlərin münasibət və qərarlarını kənarda buraxaraq, bir qəzeti hədəfə alması yersiz və gülünc görünür. Gülər xanımın problemi “Yeni Müsavat” qəzeti deyil. Onun problemi başqadır və yaxşı olar ki, onlarla məşğul olsun.

 Elşad Abdullayevə gəlincə isə, əslində “Yeni Müsavat”la problemi olan instansiya məhz o olmalıdır. Çünki onun bu ilin əvvəllərində “Azadlıq” qəzeti vasitəsi ilə yaydığı müvafiq açıqlamaları məhz bizim qəzet əks -arqumetlərlə vurmuşdu. O səbəbdən də bizimlə E. Abdullayev arasında ciddi konfliktlər yaşanmış, məsələ məhkəmə təhdidlərinə qədər gedib çıxmışdı. Lakin artıq onun ortaya çıxartdığı faktlar o dərəcədə təkzibolunmaz, o dərəcədə aydındır ki, hətta Gülər xanımın partiyadaşları, yaxın dostları da ona heç bir dəstək verə bilmirlər. Biz də, bir qəzet olaraq, olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də, onun “facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin.  Bundan belə  hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.

 /Musavat/ 

 






9 Oktyabr, 2012  20:18 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner